İngiltərə çempionatının 16-cı turu Mançester derbisi ilə əlamətdar olub. “Siti” “Yunayted”i qəbul edib. 36-cı dəqiqədə Yoşqo Qvardiol meydan sahiblərini önə keçirib. Lakin “şəhərlilər” bu üstünlüyü qoruya bilməyiblər. 88-ci dəqiqədə Bruno Fernandeş penaltidən fərqlənməklə tarazlığı bərpa edib. Az sonra Amad Dialo baxımlı qolla yekun nəticəni müəyyənləşdirib. “Qırmızı şeytanlar” ardıcıl 2 məğlubiyytdən sonra qalib gələrək xalların sayını 22-yə çatdırıblar və 13-cü pillədə qərarlaşıblar. “Mançester Siti” isə 27 xalla 5-cidir.
“Çelsi” “Stemford Birc”də “Brentford”la qarşılaşıb. Fasilə əərəfəsində Mark Kukurelya topu başla qapıdan keçirib. 80-ci dəqiqədə Nikolas Cekson meydan sahiblərinin 2-ci qolunu vurub. 90 dəqiqənin tamamında qonaqlar Brayan Mbemonun qolu ilə fərqi azadlbılar. Qarşılaşma “Çelsi”nin 2:1 hesablı qələbəsilə yekunlaşıb. “Zadəganlar” 34 xalla 2-ci pillədə qrəarlaşıblar. “Brentford” 23 xalla 11-cidir. Yarış cdəvlinə 36 xalla “Liverpul” başçılıq edir.